Menu

Ukrayna Mərkəzi Bankı gözlənilmədən uçot dərəcəsini 2 pillə artırıb

26.10.2017, 22:08
Ukrayna Mərkəzi Bankı gözlənilmədən uçot dərəcəsini 2 pillə artırıb

Ukrayna Mərkəzi Bankı (NBU) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 12,5%-dən 13,5%-ə yüksəldib. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, buna səbəb inflyasiyanın sürətlənməsi amili olub.

NBU-dan verilən açıqlamada bildirilir ki, "Beynəlxalq Valyuta Fondundan (IMF) maliyyələşdirmə proqramı çərçivəsində vəsaitin gecikməsi səbəbindən Ukrayna iqtisadiyyatının həssaslığı arta bilər".

Qeyd edək ki, sentyabr ayında illik inflyasiya Ukraynada 16,4% təşkil edib. Bu səbəbdən, NBU 2017-ci il üçün inflyasiya proqnozunu 9,1%-dən 12,2%-ə yüksəldib. NBU həmçinin 2017-ci il üçün ÜDM-in artım proqnozunu 1,6%-dən 2,2%-ə artırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol