Menu

İraq ordusu ilə kürd silahlı dəstələri arasında atəşkəs elan olunub

27.10.2017, 16:48

pesm-rg-quvv-l-ri-pyd-y-sigindiİraq ordusu ilə Kürd Muxtar Əyalətinin “peşmərgə” adlı silahl dəstələri arasında atəşkəs elan olunması barədə razılıq əldə edilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu razılaşma İraq ordusu ilə “peşmərgə”nin üz-üzə gəldiyi bütün təmas xəttini əhatə edəcək.

Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani sentyabrın 25-də əyalətdə keçirilən “referendum”u dondurduqlarını elan edib. Mərkəz Bağdad hakimiyyəti isə referendumun tamamilə ləğv olunmasını tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol