«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, 42 il bundan əvvəl Nyu-Yorkda itmiş qadın Massaçusets ştatında tapılıb. Hüquq-mühafiəzə orqanlarına istinadla, xəbəri «AP» nəşri yayıb.
Xəbər verilir ki, 1975-ciildə əri Flora Stivens adlı qadını Nyu-Yorkda həkimin qəbuluna gətirib, bundan sonra qadın izsiz-tozsuz yoxa çıxıb.
Bu ilin oktyabrında polislər onu Louell şəhərciyindəki (Massaçusets) qocalar evində tapıblar. Aydın olub ki, o, kəmağıllıqdan əziyyət çəkir.
«42 illik itkinlik işlərini açmaq nadir hallarda baş verir. Başlıcası odur ki, Flora təhlükəsiz şəraitdədir» - deyə, şerif Mayk Şiff bəyan edib.
Bütün bu müddət ərzində hüquq mühafizəçiləri periodik olaraq, qadını tapmağa cəhd göstəriblər, amma bu axtarışlar bir nəticə verməyib.
Qeyd olunur ki, Flora qocalar evində başqa soyadla yaşayıb. Polislər onu da əlavə ediblər ki, ağıldankəmliyinə görə, qadın 42 il bundan əvvəl nələrin baş verdiyini danışa bilməyib.


Şərhlər