Menu

Braziliya Çiliyə, Kolumbiya Uruqvaya qarşı - 1/8 finalın ilk oyunları

28.06.2014, 15:51
Braziliya Çiliyə, Kolumbiya Uruqvaya qarşı - 1/8 finalın ilk oyunları

Bu gün DÇ-2014-ün 1/8 final mərhələsinə start veriləcək. İlk oyun günündə keçiriləcək iki oyunla 1/4 finalçılardan ikisinin adına aydınlıq gələcək.

İlk olaraq meydana Braziliya və Çili komandaları çıxacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər oyunda isə Kolumbiya Uruqvayla üz-üzə gələcək. Bu görüş isə Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.

28 iyun

1/8 final

21:00. Braziliya - Çili

01:00. Kolumbiya - Uruqvay (iyunun 28-dən 29-na keçən gecə)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol