Menu

NATO helikopteri qəzaya uğradı: 1 ölü, 6 yaralı

29.10.2017, 09:49
NATO helikopteri qəzaya uğradı: 1 ölü, 6 yaralı

Əfqanıstanda NATO helikopteri qəzaya uğrayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Loqar vilayətində baş verib.

Məlumata görə, qəza nəticəsində 1 amerikalı əsgər ölüb, 6-sı yaralanıb. Qəza isə NATO helikopterinin Talibana qarşı hava əməliyyatı keçirən zaman baş verib.

Taliban qüvvələri isə helikopteri özlərinin vurduqlarını və hadisədə 43 nəfərin öldüyünü bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol