Menu

Mingəçevirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb

29.10.2017, 16:40
Mingəçevirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində, "Texniki Rezin" ASC-nin qarşısında qeydə alınıb.

Qəza zamanı "VAZ-21010” markalı avtomobil “Nissan X Trail” markal maşınla toqquşub. Nəticədə “VAZ”da olan sürücü və bir sərnişin - 1982-ci il təvəllüdlü şəhər sakini Ələkbərov Kamil İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yevlax rayon sakini Səfərova Lətafət Vasif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı araşdırma aprılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol