Menu

İranda neft yatağında yanğın olub, 4 nəfər ölüb

29.10.2017, 19:29

iran neftiBu gün İranın Buşir əyalətində neft yatağında yanğın baş verib.

APA-nın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 4 nəfər ölüb.

Yanğın baş verən neft yatağı Omidiye və Bəndər-Deylem şəhərləri arasında yerləşir. Yanğının söndürülməsinə bir neçə vertolyot da cəlb edilib.

Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, bu, son 3 gündə İranın neft obyektlərində baş verən ikinci yanğındır. Oktyabrın 27-də Tehranda neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib, 6 nəfər ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol