Bu gün Kataloniyanın müstəqilliyinin əleyhdarı və vahid İspaniya tərəfdarları Barselonada aksiya keçirirlər.Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, "Kataloniya- biz hamımızıq!" şüarı altında keçirilən mitinqdən məqsəd tanınmamış respublikada deyil, demokratik və hüquqi dövlətdə yaşamaq istəyən ispanları və katalonları birləşdirməkdir.
Mitinqin təşkilatçısı rolunda separatçılığın əleyhinə olan "Sociedad Civil Catalana" çıxış edir. PP (Xalq Partiyası), "Ciudadanos" və PSC (Kataloniya Sosialist Partiyası) kimi siyasi təşkilatlar da mitinqə qoşulublar.
Qeyd edək ki, bu partiyalar Kataloniyada müxalifətdədirlər və oktyabrın 27-də Kataloniya parlamentində müstəqilliklə bağlı Bəyannamənin səsverməsinə qatılmayıblar.
Aksiyaçılar mitinqə İspaniya və Kataloniya bayraqları ilə qatılıblar.

Şərhlər