Menu

Krem prezidentlərin Tehran görüşü barədə məlumat yayıb

30.10.2017, 16:18
Krem prezidentlərin Tehran görüşü barədə məlumat yayıb

Azərbaycan, Rusiya və İran prezidentləri noyabrın 1-də Tehranda görüşəcəklər.

Kremlin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani üç ölkə arasında siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığı müzakirə edəcəklər.

V. Putinin azərbaycanlı və iranlı həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol