Menu

Ağcabədidə maye qaz doldurma məntəqəsində yanğın baş verib

30.10.2017, 20:14
Ağcabədidə maye qaz doldurma məntəqəsində yanğın baş verib

Ağcabədi rayonunda maye qaz doldurma məntəqəsində yanğın olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Boyad kəndində baş verib.

Hadisə yerinə Ağcabədi və Ağdam rayonlarının yanğınsöndürmə briqadaları, habelə Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol