Menu

Cəlilabadda qadın ailə münaqişəsi zəminində özünü asıb 

30.10.2017, 23:46
Cəlilabadda qadın ailə münaqişəsi zəminində özünü asıb 

Cəlilabad rayonunun Göytəpə kəndində intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü Bəhramova Gülnar Aydın qızı özünü yaşadığı evdə iplə asıb.

Hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol