Menu

"Azərbaycanla dostluğumuz yüksək səviyyədədir" - Ərdoğan

31.10.2017, 14:59
"Azərbaycanla dostluğumuz yüksək səviyyədədir" - Ərdoğan

“Dünən və bu gün Azərbaycanda keçirdiyimiz görüşlərdə Azərbaycanla qardaşlıq və dostluğumuzun nə qədər yüksək səviyyəyə çatdığını həyəcanla müşahidə edirik”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Bakıda keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında deyib. O bildirib ki, Bakı- Tbilisi-Qars dəmiryol xəttinin açılışı qürurverici hadisədir: “Artıq xalqlarımızın tək Qarsdan Bakıya deyil, Pekinə və Londona qədər getdiyi günləri görərik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol