Menu

Ukraynada döyüşlər başladı - 3 hərbçi həlak oldu

28.06.2014, 22:39
Ukraynada döyüşlər başladı - 3 hərbçi həlak oldu

Dörd nəfər isə yaralanıb

Ukraynanın Slavyansk şəhəri yaxınlığında bu gün axşam saatlarında ordu qüvvələri və silahlı separatçılar arasında baş vermiş döyüş nəticəsində 3 ukraynalı hərbçi həlak olub, 4-ü isə yaralanıb. APA-nın verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatın sözçüsü Aleksey Dmitraşkovski bildirib.

Atışma zamanı separatçıların mövqeyindən atılan mərmi Ukrayna ordusunun minaatan heyətinə tuş gəlib. Nəticədə 3 hərbçi həlak olub, daha 4 əsgər isə yaralanıb.

Aleksey Dmitraşkovskinin sözlərinə görə, antiterror əməliyyatın keçirildiyi ərazidə silahlı separatçıların hücumları xeyli aktivləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol