Menu

260 terrorçu öldürüldü

29.06.2014, 10:50
260 terrorçu öldürüldü

Silahlı toqquşmalar zamanı 28 əsgərin də öldüyü deyilir

Dünya Əfqanıstanda 260 talib öldürülüb. ANS PRESS-in məlumatına görə, terrorçular Hilmend vilayətində təhlükəsizlik qüvvələrinə qarşı hücuma keçib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, silahlı toqquşmalar zamanı 28 əsgər ölüb, 260 terrorçu isə məhv edilib.

Qeyd edək ki, iyunun 26-dan etibarən "Taliban" terror qruplaşması Əfqanıstan təhlükəsizlik qüvvələrinə genişmiqyaslı hücumlar həyata keçirir. Həmin gün 800 terrorçu hərbçilərə hücum etmişdi.

Ötən ay ABŞ prezidenti Barak Obama Əfqanıstanda olan ABŞ qoşunlarının 2016-cı ilin sonuna qədər ölkədən çıxarılacağını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol