Menu

Tramp noyabrın 8-10-da Çinə səfər edəcək

02.11.2017, 09:23
Tramp noyabrın 8-10-da Çinə səfər edəcək

Çinin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın bu ölkəyə ilk rəsmi səfərinin noyabrın 8-dən 10-dək davam edəcəyini bildirib.

"Report" xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi nümayəndəsi Lu Kananın bəyanatında bildirillir.

"Prezident Tramp ÇXR sədri Si Çzinpinin dəvəti ilə noyabrın 8-dən 10-dək Çinə səfər edəcək", - deyə nazirliyin rəsmi nümayəndəsi bildirib.

Qeyd edilir ki, iki ölkə liderinin görüşündə ikitərəfli münasibətlərə, həmçinin əsas beynəlxalq problemlərə dair məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol