Menu

FED-in yeni rəhbərinin adı açıqlanıb

02.11.2017, 09:40
FED-in yeni rəhbərinin adı açıqlanıb

Cerom Paeull Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) yeni rəhbəri olacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazır.

C. Pauell hazırda FED-in İdarəedicilər Şurasının üzvüdür.

Jurnalın yazdığına görə, Ağ ev C. Paeulli xəbərdar edib ki, D. Tramp onun namizədliyini FED rəhbəri vəzifəsinə irəli sürəcək.

FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır.

Bundan öncə D. Tramp bəyan edib ki, FED-in yeni rəhbərinin adı cümə axşamı açıqlayacaq.

Sosial səhifələrdə paylaş

İl

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol