Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı Hakkari, Tunceli və Şırnakda əməliyyatlar həyata keçirib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyatlar nəticəsində PKK-nın 40-dan cox üzvü məhv edilib.
Bölgədə əməliyyatlar davam etdirilir.
Xatırladaq ki, bu gün terrorçulara qarşı Hakkaridə aparılan əməliyyatların gedişində 6 əsgər və 2 gözətçi həlak olub. Şəhid ailələrinə başsağlığı verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son terrorçu yox olanadək əməliyyatların davam edəcəyini bildirib.


Şərhlər