Menu

Cəbhədə vəziyyət gərginləşib

04.11.2017, 09:43
Cəbhədə vəziyyət gərginləşib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 117 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Şərhlər

dadaşyev 2017-11-04 09:43:29

Xristian dünyası 20 ildən artıqdır ki,cəbhədə vəziyyətin gərginləşməməsi üçün bizə elə ATƏT peyvəndi vurub ki,torpaqlarının beşdə biri işğal edilmiş millət cəbhədə bir-iki güllə atılan kimi narahat olur ki,cəbhədə "yenə" vəziyyət gərginləşib.Müharibə bitibmi ki,cəbhədə vəziyyət gərginləşməsin?Bitməyibsə,torpaqlarımızı qaytarmamışqsa cəbhədə vəziyyətin gərginləşməsi yox,gərginləşməməsi narahatlıq doğurmalı deyilmi?Həm də qəribədir ki,bir həftədə bir mitinq və bir piket olan kimi erməni narahat olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol