Menu

Kiyevdə qətldə ittiham olunan Azərbaycan vətəndaşı həbs olunub

04.11.2017, 15:09
Kiyevdə qətldə ittiham olunan Azərbaycan vətəndaşı həbs olunub

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan vətəndaşı qətldə ittiham olunaraq həbs olunub.

APA-nın məlumatına görə, Kiyevdə Şamaxı rayon sakini, 1991-ci il təvəllüdlü Şamil Feyzullayev ilə onun yaşadığı hostelin sakinləri arasında sonradan dava ilə nəticələnən mübahisə düşüb. Davaya səbəb azərbaycanlı gəncin ünvanına nalayiq ifadələrin işlənməsi olub.

Əlbəyaxa dava zamanı Ş. Feyzullayev Aleksandr adlı gəncə bıçaqla xəsarət yetirib ki, nəticədə sonuncu ölüb.

Ş. Feyzullayev Qoloseevskiy rayon polisi tərəfindən saxlanılıb.

Həmyerlimizin yaxınları APA-ya bildirib ki, onun hüquqi yardıma ehtiyacı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol