Menu

PKK tərəfdarları ilə toqquşmalar zamanı Almaniyada 15 polis əməkdaşı xəsarət alıb

05.11.2017, 11:46
PKK tərəfdarları ilə toqquşmalar zamanı Almaniyada 15 polis əməkdaşı xəsarət alıb

Almaniyanın Düsseldorf şəhərində PKK tərəfdarlarının nümayişinin dağıdılması zamanı 15 polis xəsarət alıb. Bu barədə "Spiegel" polisin nümayəndəsinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, tədbir iştirakçıları aksiyada PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın şəkli olan bannerlər qaldırıblar. Terrorçuların tərəfdarları polis əməkdaşlarının plakatları yığışdırmaq tələblərini rədd ediblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atmağa başlayıblar.

Asayiş keşikçiləri buna cavab olaraq mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol