Dağlıq Qarabağ məsələsində artıq yeni bir mərhələnin başladığını söyləyə bilərik.Bu sözləri Axar.az-a qarşıdakı iki həftə ərzində Rusiya və Türkiyə prezidentlərinin ehtimal edilən görüşünü şərh edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib.
Politoloq deyib ki, Rusiya və Türkiyə arasında bir sıra ortaq layihələrin gerçəkləşməsi Qarabağla bağlı danışıqlar prosesinə təkan verə bilər:
“Hazırda Ankara-Moskva əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdırsa, o zaman Dağlıq Qarabağ məsələsinin nizama salınmasında da səylərini artırmalıdır. Hesab edirəm ki, hazırda Moskvanın bu istiqamətdə İrəvana təzyiq rıçaqları kifayət qədərdir. Türkiyə və Rusiya prezidentlərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlara başlaması tamamilə real görünür. O üzdən Dağlıq Qarabağ məsələsində artıq yeni bir mərhələnin başladığını söyləyə bilərik. Problemin həlli yönündə Rusiyada ciddi müzakirələrin gedəcəyini istisna etmirəm”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Dağlıq Qarabağ məsələsinə görə bir araya gələcəyi gözlənilir.
Şərhlər
10-15 il evvel,ermeniler 25km eninde Lachin koridoru olmaqla 5 rayonun qeyri- shertsiz qaytarilmasini ,Lachin ve Şuşanin hemchinin DQMV-nini muzakire olunmasini merhelesinde idi. İndi ise agir şertler sayesinde cemi 5 rayonun qaytarilmasi teklif olunur. Haradan haraya gelib chixdiq.
Növbəti Qarabağ serialı ekranlara buraxıdı. Yəqin Ərdoğan cənablarına hədiyyə edilmiş külüngün əvəzini qaytarmaq istəyirlər. Ay Allah kömək olmuşlar, bunu əvvəldən verin də...
davamı:Bütün dünya,eləcə də Ərdoğan gözəl bilir ki,Rusiya alıb Qarabağı.Rusiya!!!Ona görə danışıqları ermənistanla yox,Rusiya ilə aparır.Erməni almış olsaydı erməniylə danışardı.Görmürsənmi,rus da demir ki,mən almamışam,hətta şərtlərini irəli sürür.Biz isə hələ də öz ampluamızdayıq.Tatarlar erməni olsaydı Rusiya deyərdi Krımı tatarlar alıb,amma üstəlik tatarlar müslimandı.İkiqat sərf eləmir Rusiyaya belə demək.Bununla belə yenə də demir mən almışam,deyir Krım məclisi özü qərar qəbul edib,Rusiyaya birləşib.
Eeeeh.Əh.Bu günə qədər həll ediləcəyinə inandırdığınız mərhələ niyə və nə vaxt köhnəldi ki,yeni mərhələ olacaq?Və bu nə sözlərdi?"İnanıram,istisna etmirəm,hesab edirəm,güman edirəm".Bir dənə dəqiq,normal söz demədin.Cümləyə bax:"Hesab edirəm ki, hazırda Moskvanın bu istiqamətdə İrəvana təzyiq rıçaqları kifayət qədərdir".Moskvanın İrəvana təzyiq rıçaqları nə vaxt kifayət qədər olmayıb ki?Özü də bu istiqamətdə.Yəni indiyə qədər təzyiq edib,amma donqili erməni sözünə baxmayıb?İrəvan Pxenyandı?Atom silahı var?