Menu

Bakıda avtomobil velosipedçini vurub

05.11.2017, 13:20
Bakıda avtomobil velosipedçini vurub

Bakıda avtomobil velosipedçini vurub.

APA-nın xəbərinə görə, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Velosipedçi 54 yaşlı Nurməmmədov Mehman Ağakişi oğlu “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü xəsarət alan şəxsi dərhal 3 saylı şəhər xəstəxanasına çatdırıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol