Menu

Kərkükün mərkəzində partlayş törədilib - Ölənlər var

05.11.2017, 17:20
Kərkükün mərkəzində partlayş törədilib - Ölənlər var

İraqın şimalında yerləşən Kərkük şəhərinin mərkəzində, bilavasitə İraq Kürdüstanı yaxınlığında güclü partlayış baş verib.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, mərkəzi küçələrdən birində kamikadze üzərinə bağladığı partlayıcı qurğunu işə salıb. Terror aktı İraqın hərbiləşdirilmiş "Haşd əş-Şabi" döyüşçülərinin yaxınlığında törədilib.

Nəticədə bir neçə nəfər ölüb, azı 7 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol