Menu

İran Səudiyyə Ərəbistanına raket atmaqla bağlı ABŞ-ın ittihamını rədd edib

05.11.2017, 20:44
İran Səudiyyə Ərəbistanına raket atmaqla bağlı ABŞ-ın ittihamını rədd edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri Amerika prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib.

“Report” xəbər verir ki, Məhəmməd Əli Cəfərinin sözlərini yerli IRNA sitat gətirib.

"Tramp İrana qarşı çox əsassız bəyanatlar verir, eləcə də ittihamlar səsləndirir. Sonuncu irad da onlardan biridir. Ümumiyyətlə isə bizim Yəmənə raket vermək imkanımız yoxdur", — deyə IRNA Cəfərinin sözlərini sitat gətirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı raket əleyhinə müdafiə qüvvələrinin Ər-Riyadın şimal-şərqinə atılan ballistik raketi tutduqlarına dair məlumat yayılıb.

Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı istiqamətində raketin atılmasında İranı ittiham edib.

Şərhlər

dadaşyev 2017-11-05 20:44:21

Dayanmır da bu Amerikan qancıqları,Yaxın Şərqi qurdalaya-qurdalaya durublar.Sən ölmiyəsən,sanki dünyanın bütün şeytanları yığılıb ABŞ-a,dünyanı qarışdırmasalar sakit dayanammırlar,sülhə qarşı olmaq sanki həyat tərzləri olub.İndi də İranla Ərəbistanı vuruşdurmaq istəyirlər.Tutaq ki,Yəməndən atılan raketi İran verib,sənə nə?PKK-ya 3000 kamyon dolusu silah vermisən,İran səni qınayırmı?

mubariz 2017-11-05 20:44:21

Suuda raket atmaq meselenin helli deyil!Qasim Suleymani Cidde ve Er Riyadi tecili tutmalidir!Meselenin radikal helli budur.Fitnenin kökü ordadii.Bununlada Böyuk şeytanin oksigen yastiği eke kečirilecek.Sem emini yaxin Şerqden qovmaq üčun gözel furset var.Ne qeder aptal şoumen ordadir vaxti boşa vermek olmaz.ALLAH(Ə.C) bize ğõzel furset verib.Onsuz da sonu bele bitecek.Bu ONun vedidir.AMIN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol