Son günlər müğənni Fədayə laçının həbs olunması geniş müzakirə olunur. Bəzi insanlar onun doğru addım atdığını, bəziləri isə əməlinin cinayət məsuliyyətli olduğunnu vurğuladı.
BakuPost.az xəbər verir ki, xalq artisti Flora Kərimova da Fədayə Laçın haqqında fikirlərini bölüşüb:
"Əlimdən heçnə gəlmir, Fəfdayə qızım bağışla məni !!! Sənin şüşə kimi qəlbinin təmizliyini mən bilirəm, sənin ailənə, anana bağlılığını, övlad tərbiyənin gözəlliyini mən görmüşəm. Bu şərəfsiz oyunu bu "adı" sənə sırayanlar, bu qisməti sənə laiq görənlərin Allahı yoxdur,övladları yoxdur?!
Necə çörəyi evlərinə aparırlar, necə övladlarına "Halal çörək qazanmışam" deyəndə utanmırlar,necə vicdanları ilə alver edə bilirlər. Bir övladın, bir ananaın ,bir qadının həyatını cəhənnəmə çevirmək, taleyini sındırmaq bu qədərmi asandır.Hansı məntiqi, hansı gücü, hansı səlmayəni , gördünüz siz, dişi ilə dırnağı ilə başını dolandıran bu qadında. Həyatım boyu heç kimə qarğış eləməmişəm, çünki mübarizəm olub.Amma indi sizi qarğamaqdan başqa əlimdən heçnə gəlmir"


Şərhlər
Təşəkkürlər,hörmətli Flora xanım,sizin kimi sənətin zirvəsində olan birisinin dedikləri çox önəmlidir.Yaxşılıq yalnız malla-pulla olmur ki.Allah Quranda demirmi,"Bəzən bir təbəssüm də sədəqədir"?Bəlkə nə zamansa bütün insanlarımız varlı olacaqlar bu cür bir-birini tapdalaya-tapdalaya,əzə-əzə,nəyin bahasına olur olsun varlanmaq ehtirasıyla,amma qəlblərində dara düşən bir qadına,bir anaya,bir sənətkara kömək etmək bir yana,acımaq hissindən məhrum olan o cəmiyyət canlı meyitlər toplusu kimi bir şey olacaq.
HƏLƏ NECƏ TOYLARİMİZ VAR...FLORA. ZAMAN İNSANLARİ ƏDALƏTİN QARSİNA O ZAMAN CİXARİR Kİ, ACİNİ, HAQSİZLİĞİ HİSS EDİR. BƏS NECƏ BİLİRDİZ? BU ƏDALƏTSİZ DUNYANİN BİR NOQTƏSİNDƏ ƏDALƏTMİ AXTARİRSİZ? FƏDAYƏ LACİNLA BİRGƏ NECƏ-NECƏ GUNAHSİZ İNSANLAR BU GUN ZİNDANLARDA CURUYUR VƏ NƏ QƏDƏR Kİ ZİYALİLARİMİZ GODƏNLƏRİNİ DOLDURUB SUSURSA GORUN NECƏ TOYLARİMİZ VAR!...