Menu

Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatları lokallaşdırılacaq

06.11.2017, 10:32
Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatları lokallaşdırılacaq

"Azintelecom" şirkəti hazırda istifadəçilərin məlumatlarının ehtiyat mərkəzinin yaradılması üzərində iş aparır ki, bu da gələcəkdə Azərbaycanda "Facebook" istifadəçilərinin şəxsi məlumatlarını lokallaşdırmağa imkan verəcək.

Bu barədə Trend-ə özəl olaraq şirkətdən bildiriblər.

Şirkət nümayəndəsinin sözlərinə gröə, məlumatların coğrafi rezervləşdirilməsi istifadəçilərin şəxsi məlumatlarının ikiqat təhlükəsizliyini təmin etməyə imkan verəcək.

"Internet World Stats"ın məlumatına görə, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 2016-cı ilin statistikasına görə, 1,8 milyon nəfər təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol