"Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bunun 72%-i Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı olan öhdəliklərinə xidmət olunması ilə bağlı xərclər təşkil edəcək.


Şərhlər
Cənab Nazir, BBankın pul səpininə Dövlət zəmanəti verənlər yəqin ki, öz vəzifəsində qalır. Yoxsa, bir ildə yüksək 37,8% borc artımına laqeyd münasibət əvəzinə milli ruhla necəsə qarşılayardı.
Kim yeyibsə ona da ödətdirin! Başarmırsınızsa gedin İstefaya heç olmasa! Camaata az zülm eləyirsinizmi?!. Gedin nəyiniz var satın ödəyin, oğurlanan pulların harada olduğunu da çox gözəl bilirsiniz!