Ermənistanla Dağlıq Qarabağ arasında alternativ marşrut xətti açılıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, noyabrın 1-də açılan xətt Vardenis-Ağdərə yolundan keçəcək.
“Avtobus 1 gündən 1 işləyir. Noybarın 3-də o Yerevana sərnişinlər aparıb və noybarın 4-də isə Xankəndinə geri qayıdacaq” – deyə işğal altındakı Xankənidə yerli avtovağzalın dispetçeri məlumat verib.
Yaxın vaxtlarda, reysin gündəlik olacağı bildirilir. Qeyd olunur ki, avtobus xətti Gorus-Xankəndi yolu ilə müqayisədə daha təhlükəsiz və münasibdir. Sərnişinlər 1 reys üçün 10 dollar pul ödəməlidirlər.


Şərhlər
"Ac ermənistan" dagları yara-yara yol çəkir.Biz yüz ildir ki,Agsu aşırımından rahat yol çəkə bilmirik.Yadımdadır,İsmayıl bəy Qutqaşınlının təvəllüdünü düzgün yazmaq üçün Qəbələyə gedib onun məzar daşındakı yazını oxumurdular.Nəticədə ədibin dogum və ölüm tarixi səhv yazılırdı.Nədir-nədir,yol uzaqdır,getmək çətindir.Sonra məlum oldu ki,ruslar icazə vermir.Amma indi rus qadagası yoxdur.Barı,Agsuya gedib biz də ermənilər kimi yolumuzu düzəldək.