Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin daha az götürülməsi məqsədəuyğundur. Modern.az-ın məlumatına görə, bunu 2018-ci ilin büdcə layihəsinin Milli Məclisin komitələrindəki müzakirəsi zamanı parlamentin İctimai brliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. O deyib ki, neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır.
"Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təəsrrüfatı Nairliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik. Bilmirik ki, Putinlə Tramp, İranla Tramp arasında siyasi münasibətlər necə olacaq və neftin qiyməti necə dəyişəcək. Neftin qiyməti siyasətlə bağlıdır”.
Komitə sədri bildirib ki, büdcədə neftin qiymətini 25-30 dollar/barel müəyyən edə bilərlər.
“Həmin vəsait Dövlət Neft Fonduna yığılar və lazım olanda sərf edərik. Əgər keçən il, bir il əvvəli götürsək, görərik ki, həmin vaxt yeni sahələr axtarmağa başladıq, kənd təsərrüfatının inkişaf zəruriliyi ortaya çıxdı, hazırda da yüksək templə işlər gedirsə, neftdən pul yığılan kimi niyə onu büdcəyə yönəltməliyik?! Bunu da biri sağa, bir sola xərcləsin".


Şərhlər
Bağışlayın ey, elə bil ki, Kolumb kimi Amerika kəşf edirsiniz! Kisətə nöyüt pulu qurtarandan sonra başlamısınız danışmağa?
P.S. Yəqin əvvəlki kimi Sizlərə kisədən pay çatmır!
siyavuş müəllim o dünyada ALLAH-TƏALA müəyyən edəcək neftdən gələn gəlir hansı istiqamətdə xərclənib.cox təsüfflər olsunki sizlər buna inanmırsınız.
NEFTİN PULUNU SİZİN BİR QRUP İNSANLAR YEYİR,XƏRCLƏYİR Kİ, ONLARIN ƏKSƏRİYYƏTİ SİZİN PARTİYANIN ÜZVLƏRİ, MƏMURLAR VƏ QOHUMLAR,YAXINLAR. KASIBA YA BAŞQALARINA KİMDİR Kİ NEFTİN PULUNDAN VERƏ Kİ, ONLAR DA SAĞA SOLA XƏRCLƏSİNLƏR. RUS DEMİŞ TAK-ÇTO NEFT MİLYARDLARINI OĞURLAYIB YEYƏNLƏRİ ÖZ İÇƏRİNİZDƏ AXTARIN.
Neft pullarınin sağa-sola səpələnməsi məsələsinə biz qarışa bilmərik, ona görə ki şox xatalı mövzudur.Amma ürəkdən deyirik ki, neft gəlirlərindən siz deputatlara ayırılan o pullara heyiflər olsun...