"Gələn il xarici maliyyə institutlarından cəlb ediləcək kreditlərin məbləği məlum olub".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, gələn il xarici maliyyə institutlarından cəlb ediləcək 1 mlrd. 362 mln. manat kreditlər hesabına bir sıra infrastruktur və sosial dayanıqlı layihələrin maliyyələşdirilməsi davam etdiriləcək.
Maliyyə naziri əlavə edib ki, Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) vəsaiti hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2 mlrd. 771 mln. manat vəsait nəzərdə tutulub.

Şərhlər
Pulumuz ola-ola borc almaq nədir,anlaya bilmədik.Qabaqlar bu sual verildiyində cavab belə olmuşdu ki,bütün dünyada belə edirlər yəni,guya qarşılıqlı münasibətlər üçün bu vacibdir.Bunlar nə danışırlar yau?Yəni guya pulun olduğu halda borc almaq adətdəndir,biz də adəti pozmamalıyıq.İlin büdcə kəsiriylə qapanmağının adətdən olduğunu birtəhər anladıq,amma varlı olanın borc almağı nə demək olursa zəhmət olmasa aydın başa salın milləti.1,4 milyardın 10-ca faizi 140 milyon edər.Yəni 140 milyon rüşvət verməliyikmi?