Menu

Ziya Məmmədovun klinikasına lisenziya verilmədi

30.06.2014, 00:43
Ziya Məmmədovun klinikasına lisenziya verilmədi

Sumqayt şəhərində fəaliyyət göstərən “Liman” klinikası bağlanıb. Bu barədə xəbəri Avropa.info saytı yayıb.

Məlumata görə, “Liman” klinikasının rəhbərliyi işçilərə iyunun 30-dan klinikanın müvəqqəti olaraq təmirə bağlandığını bildirib. İşçilərə vəd olunub ki, qısa zamanda iş öz ahənginə dönəcək.

Səhiyyə Nazirliyinin rəsmi saytında isə “Liman” klinikasının daxil olduğu MMC-nin lisenziya müddətinin iyunun 26-da bitdiyi qeyd edilib. Klinikanın da məhz bu səbəbdən - lisenziya müddətinin uzadılmaması – bağlandığı ehtimal edilir.

Qeyd edək ki, “Liman” klinikası 7 ildir fəaliyyət göstərirdi. Onun real sahibinin Nəqliyyat naziri Ziya Məmmədov olduğu iddia edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol