Menu

Daha bir jurnalist öldürüldü

30.06.2014, 09:11
Daha bir jurnalist öldürüldü

Anatoliy Klyanın ölümü ilə bağlı xəbəri telekanal rəhbərliyi artıq təsdiq edib

 

İnterAz-ın Rusiya bürosunun verdiyi xəbərə görə, Rusiyanın “1”-ci kanalının operatoru Anatoliy Klyan Donetskdə həlak olub. Donbassda hakimiyyət qüvvələrinə qarşı döyüşən silahlıların təmsilçiləri bildiriblər ki, Klyan yerli hərbi hissələrin birinə gedən və uşaqlarını evlərinə götürmək niyyətində olan qadınları müşahidə edirmiş. Lakin ordu bazasının yaxınlığında naməlum şəxslər qadınlara və jurnalistlərə atəş açıblar. Ağır yaralanan Anatoliy xəstəxanada dünyasını dəyişib.

Verilən məlumatlara görə, hərbi hissənin yanında “LifeNews” telekanalının çəkiliş qrupu da atəşə məruz qalıb. Yerli özünümüdafiə dəstələrinin bildirdiyinə görə, jurnalistlərdən xəsarət alan olmayıb. Onlar meşədə gizlənməyə müvəffəq olublar. Lakin hadisə yerində çəkiliş qrupunun avtomobili və avadanlığı qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol