Menu

“Hesabında ən az 110 manat toplanmayan şəxslər əmək pensiyası almayacaq” - Nazir

08.11.2017, 13:56
“Hesabında ən az 110 manat toplanmayan şəxslər əmək pensiyası almayacaq” - Nazir

Azərbaycanda yaşa görə müavinət alan şəxslərin sayının artmasının səbəbləri açıqlanıb.

"APA-Economics" xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, artıq sırf sığorta prinsiplərinə keçidin təminatı ilə bağlı olaraq, hesabında ən az 110 manat, yəni pensiyanın formalaşmasına imkan verən qədər vəsait toplanmayan şəxslərin əmək pensiyası almaq hüququ olmayacaq.

“Praktika göstərir ki, bu, yaşı gəlib çatmış şəxslərin pensiya almaq hüquqlarını müəyyən qədər azaldır. Çünki işləmək, əmək haqqını leqallaşdırmaq və sosial sığorta haqları ödəmək lazımdır ki, bu vəsait hər kəsin hesabında toplansın, onun pensiya almasına imkan yaratsın. Bu imkanlar yoxdursa, həmin şəxs pensiya ala bilmir. Onlar yaşa görə sosial müavinət almaq məcburiyyətindədir. Buna görə də bu insanların sayı müəyyən qədər artır”, - deyə nazir vurğulayıb.

Şərhlər

Bashirov Qarib 2017-11-08 13:56:34

Insanlarin 65 yashindan sonra da pensiyadan mehrum edilmesini ele pafos ve sevincle deyirler ki, ele bil bele de olmalidir.Kohne qayda ile 12 il staj teleb olunurdusa, indi 25 il ve ya 16 min sigorta odenishi teleb olunur.Bir-neche ilden sonra pensiyaya chixacaq insanlar bu 25 ili ve ya 16 min kapital yigimini qisa muddetde nece toplaya biler axi?0n minlerle yashli insani heyatin umidine buraxmaq , milyonlarla emlaka sahib insanlarin vicdanina nece tesir eder?

Eliyar 2017-11-08 13:56:34

Selim Muslumov cox savadli tek tuk nazirlerimizden biridi.pensiya sahesini onun kimi bilen ikinci bir wexs yoxdu belkede

Fizuli 2017-11-08 13:56:34

Ulu TANRI sizi 110 manata mohtac etcin ve INWAALLAH eder. Onda bilersiz ki,bu xalqa ne divan tutursuz xalq ne cekir.110 manat bu qanunu cixaranlara el catmaz vesait olsun INWAALLH

məhərrəm 2017-11-08 13:56:34

....-Allah ...-məhv-eləsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol