Menu

Ən yaxın müttəfiqləri Rusiyanı tək qoydu

30.06.2014, 10:03
Ən yaxın müttəfiqləri Rusiyanı tək qoydu

Avrasiya İqtisadi Komissiyasının iclası zamanı Rusiyanın Ukrayna malları üçün yeni rejim tətbiq olunması təklifi Belorus və Qazaxıstan tərəfindən qəbul edilməyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” qəzeti məlumat yayıb.

İndi Rusiya Gömrük İttifaqının qaydalarına uyğun olaraq məsələ ilə bağlı Ukraynaya qarşı özü tək hərəkət etməli olacaq.

Məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov verdiyi açıqlamasında danışıqların yenidən davam etdiriləcəyini deyib:

“Müdafiə tədbirlərinə hər halda ehtiyac var və biz bu tədbirlərin birtərəfli deyil, hərtərəfli olması üçün danışıqları davam etdirəcəyik”.

Onun sözlərinə görə, Belorus və Qazaxıstanın Ukraynaya qarşı yeni rejimin tətbiq edilməsinə qarşı çıxmalarının əsas səbəbləri var. Birincinin Ukrayna ilə 600 kilometrlik sərhədi var və onu bağlamaq texniki cəhətdən çətindir. Qazaxıstan isə Ümumdünya Ticarət Təşkilatına qoşulmaq ərəfəsindədir, onun bu addımı danışıqlara ciddi təsir edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol