Menu

"Müxtəlif formatlarda təmaslar istisna deyil" - Mariya Zaxaraova

09.11.2017, 15:37
"Müxtəlif formatlarda təmaslar istisna deyil" - Mariya Zaxaraova

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaraova bu gün keçirdiyi brifinqdə bildirib. O, yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşünun təşkilinə dair məlumatının olub-olmaması barədə suala belə cavab verib: "Görüş planlaşdırılır. Bu görüşü konkret təşkilat keçirəcək. Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik. O ki qaldı müxtəlif formatlarda təmaslara, bunlar da istisna deyil, üzərində işlənilir".

Qed edək ki, Rusiya XİN-dən APA-ya həmsədrlərin bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırdığı bildirilib.

Şərhlər

Murad 2017-11-09 15:37:38

Zaxarova, sen kimsen ki, ozunu atibsan ortaya ve Rusiyanin RIYAKAR
PLANIN da - Daqliq Qarabaq munaqishesinin GUYA HELLININ BASH HAKIMI kimi, Azerbaycan xalqi uchun
mahni oxuyursan : "STATUS - KVO !!! - Bayu - Bay !!! - СПОКОЙНОЙ НОЧИ МАЛЫШИ....!!!"
Azerbaycan Hakimiyyeti Putinden RESMI TELEB etmelidir ki, ermeni Lavrov KENAR EDILSIN Daqliq Qarabaq uzre danishiqlardan,
chunki, bu riyakar - hiyleger ermeni tulkusu HERTEREFLI MANECHILIK
EDIR ve quldur Serkisyana daima ИНСТРУКТАЖ - TELIMAT VERIR.

dadaşyev 2017-11-09 15:37:38

Şəxsən mən çoxdandı bu tip xəbərləri ümumiyyətlə oxumuram.Çünki ilk zamanlardanca torpaqların alınacağına ümid olmuş olsaydı oralardan qaçanlar cəbhə bölgələrini qoyub birbaşa paytaxta gəlməzdilər.Satan satdı,alan aldı,ara yerdə bədbəxt millət qırıldı,ləlöyün döydü,didərgin düşdü,qarabəxt oldu.Yeyənlər də yedilər,enləndilər,yağlandılar,piyləndilər.Yəni nə oldusa kasıb-kusuba oldu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol