Menu

"Bu evi mənə prezident, avtoyumanı isə Azay müəllim bağışlayıb" - Deputatın oğlu

30.06.2014, 10:38
"Bu evi mənə prezident, avtoyumanı isə Azay müəllim bağışlayıb" - Deputatın oğlu

Xanım deputatın "avtoş" işçiləri qonşulara zülm edir

Azadlıq.info-ya bir şikayət məktubu daxil olub.

Məktubda deputat Elmira Axundova ittiham edilir. Şikayətçi yazır: “Mən Aşurov Sahib yazıb sizə bildirirəm ki, Bülbül prospekti 65, mənzil 30-da yaşayıram. Bizim həyətdə qeyri-qanuni avto yuma fəaliyyət göstərir. Həmin avtoyumada işləyən 4 nəfər hər gün həyətdə "avtoş"luq edir və sakinlərin rahat gəzməsinə mane olurlar. İradımızı bildirəndə isə, Elmira Axundovanın adını verirlər. Qardaşım onlara etiraz edəndə 3 nəfər onun üzərinə hücum edərək xəsarət yetirmişdilər. Atam Elmira Axundovanın oğluna bu haqda məlumat versə də, oğlu bildirib ki, bu evi mənə prezident, avtoyumanı isə Azay müəllim bağışlayıb. Deyib ki, get kimə istəyirsən şikayət et. Atam Vergilər idarəsinə müraciət etdikdən sonra Elmira Axundovanın oğlu bizi 4 gün narahat etdi. Biz bilmirik ki, Elmira Axundovanın bu qanunsuz hərəkətinə görə kimə müraciət edək. Elmira Axundovanın sürücüsünün əlindən də həyətdə gəzmək mümkün deyil. Bir sözlə həyəti bazara çeviriblər”.

Sayt bildirir ki, şikayət məktubunda səslənən fikirlərlə bağlı Elmira Axundovanın mövqeyini öyrənməyə çalışsa da, telefon zənglərinə cavab verilməyib. Hətta, deputata mesaj da göndərilib. Bununla belə, onun da mövqeyini dərc etməyə hazırdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol