Menu

Ağ Ev Peskovu təkzib edir

10.11.2017, 11:06
Ağ Ev Peskovu təkzib edir

ABŞ və Rusiya prezidentlərinin Vyetnamda keçirilən Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığının (APEC) yubiley - 25-ci sammitində formal görüşü baş tutmayacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin katibi Sara Sanders bəyan edib.

O qeyd edib ki, Birləşmiş Ştatların lideri Donald Trampın sıx iş qrafiki səbəbindən bu görüşü təşkil etmək mümkün olmayacaq.

Lakin Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, prezidentlərin görüşünün razılaşdırılması davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol