Menu

İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb

10.11.2017, 15:48
İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçıb

İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb.

Trend-in məlumatına görə, nazir Kürd muxtariyyətində “müstəqillik” haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib.

Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.

Qeyd edək ki, A.Havrami 2006-cı ildən Kürd muxtariyyətinin energetika və təbii sərvətlər naziri vəzifəsində işləyib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz "referendum" keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol