Menu

15 yaşlı qız intihar edib

10.11.2017, 16:47
15 yaşlı qız intihar edib

Masallı rayonunda yeniyetmə qız intihar edib.

"Report"un xəbərinə görə, hadisə rayonun Kəlbəhüseynli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 2002-ci il təvəllüdlü G.Q. özünü həyətdəki ağacdan asaraq intihar edib.

İntiharın dəqiq səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol