Menu

Azərbaycanın axtarışa verdiyi şəxs Minskdə saxlanılıb

10.11.2017, 17:30
Azərbaycanın axtarışa verdiyi şəxs Minskdə saxlanılıb

Azərbaycan dövlətinin “İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verdiyi 1982-ci il təvəllüdlü Rüfət Səfiyarov Belarusun paytaxtı Minsk şəhərində saxlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Məlumata görə, R.Səfiyarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol