Menu

Qəzzalılar İsrailin aviazərbələrinə 12 raketlə cavab verdilər

30.06.2014, 11:31
Qəzzalılar İsrailin aviazərbələrinə 12 raketlə cavab verdilər

İsrail hərbi təyyarələrinin dünən axşam və gecə saatlarında Qəzza zolağının Xan-Yunus rayonuna endirdiyi aviazərbələrdə ən azı bir nəfər həlak olub, iki fələstinli yaralanıb.

SalamNews-un "əl-Məyadin" telekanalına istinadla verdiyi xəbərə görə, bu gün sübh saatlarında Qəzzadan İsrailin cənub bölgələrinə 12 raket atılıb.

İsrail mənbələrinin məlumatına əsasən, Qəzza ilə sərhəddə olan cənub rayonlarında həyəcan siqnalı çalınıb.

Digər bir məlumatda isə deyilir ki, İsrailin “Dəmir Günbəz” havadan müdafiə sistemi Qəzzadan atılan bir neçə raket zərbəsini zərərsizləşdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol