“İslamın mülayimi, sərti yoxdur. İslam təkdir”.
Bunu Gənc Qadın Liderlər konfransında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Mülayim islam anlayışının patenti Qərbə aiddir. O ifadədən istifadə edən şəxs bunun özünə aid olduğunu düşünə bilər. Xeyr, bu sənə aid deyil! 15 il öncə Avropa Birliyi ölkələrinə səfər edəndə məndən “mülayim islamı” soruşmuşdular. İslamın mülayimi, sərti olmaz. İslam təkdir. Heç kim islamı zəifliyin içinə çəkməyə cəhd etməsin. İslamı zəiflətmək istəyirlər. Qərbin söylədikləri ilə biz dinimizi öyrənmədik və öyrənmirik”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkədə reformlara başlayacağını bildirib. O, ölkəsinin yenidən mülayim islama geri dönəcəyini və ifratçılığın yox ediləcəyini söyləyib. (axar.az)


Şərhlər
Hərə özünə necə əl verir elədə özünə bir islam uydurur və kimin hakimiyyəti güclüdür onun islamı düz sayılır.Olmazmı ki bir PAPA kimi şey düzəltsinlər və ağıllıları (Ərdoğan kimilərin) ora yığsınlar və M.Ə.Sabirin təbirincə desək hara anqır desələr dindarlar da ora anqırsınlar yoxsa bir olan islamı cürbəcür sortlara bölüblər