Menu

Yasamalda 3 fərdi yaşayış evi yanıb, 1 nəfər yaralanıb

10.11.2017, 23:36
Yasamalda 3 fərdi yaşayış evi yanıb, 1 nəfər yaralanıb

Bakının Yasamal rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xıdır Mustafayev küçəsində yerləşən bir-birinə bitişik 3 fərdi yaşayış evində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə qısa qapanma səbəb olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.

Yanğın nəticəsində 1 yeniyetmə yanıq xəsarəti alıb. Ona hadisə yerində tibbi yardım göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol