Menu

Güclü külək nə vaxt səngiyəcək?

30.06.2014, 12:01
Güclü külək nə vaxt səngiyəcək?

Bu gün də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunacaq. Havanın buludlu olacağı və arabir yağış yağacağı gözlənilir.

Bu barədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. O qeyd edib ki, sabah gündüz saatlarından paytaxtda küləyin sürətinin nisbətən azalacağı proqnozlaşdırılır.

Bölgələrdə də bu gün yağışlı hava şəraiti müşahidə olunacaq. Sabah gündüz saatlarında bəzi rayonlarda yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol