Menu

Argentina millisi yoldaşlıq görüşündə Rusiyanı məğlub edib

11.11.2017, 19:39
Argentina millisi yoldaşlıq görüşündə Rusiyanı məğlub edib

Futbol üzrə Argentina milli komandası yoldaşlıq görüşündə Rusiyanı məğlub edib.

“Report” xəbər verir ki, Moskvanın yenilənmiş "Lujniki" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Görüşdə yeganə qolu 86-cı dəqiqədə Serxio Aquero vurub.

Argentina növbəti yoldaşlıq görüşünü noyabrın 14-də Nigeriya, Rusiya isə İspaniyaya qarşı keçirəcək.

Yoldaşlıq oyunu (yığmalar)

Rusiya – Argentina - 0:1

0:1 – Aquero – 86

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol