Menu

İraqda İŞİD müftisi öldürülüb

12.11.2017, 10:30
İraqda İŞİD müftisi öldürülüb

İŞİD müftisi İraq Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Rava şəhəri yaxınlığında qeydə alınıb. Məlumata görə, zərbələr nəticəsində İŞİD-in Anbar əyaləti üzrə müftisi Əbu əl Mühacir ölüb. Hücum nəticəsində onu müşayiət edən 2 terrorçu və bir neçə nəqliyyat vasitəsi məhv edilib.

İŞİD başçılarından biri olan Əbu əl Mühacir qruplaşmanın bölgədə fəaliyyətinə görə məsuliyyət daşıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol