Menu

"Zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub" - Seysmoloji Xidmət Mərkəzi

13.11.2017, 00:10
"Zəlzələ Naxçıvan və cənub rayonlarında hiss olunub" - Seysmoloji Xidmət Mərkəzi

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi İran-İraq sərhədində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

“Report”un məlumatına görə, qurumun saytında qeyd olunur ki, yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində 7.2 maqnituda gücündə zəlzələ olub.

Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.

Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.

Şərhlər

dadaşyev 2017-11-13 00:10:57

Adətən planetin bu tərəfində zəlzələ olanda planetin mərkəzindən keçən ox xətt üzrə,o biri üzündə vulkan püskürür 5-7 gün içində.Həmin vulkan planetin bu üzündən çıxmaq istəyən qazdı,çıxammır deyə zərbindən yer-göy dağılır,gedib nisbətən zəif yerlərdən partlayaraq,yeraltı süxurları əridib maye lava halına salaraq havaya atılır.İran-İraq sərhədində zəlzələ olubsa 5-7 gün içində Mərkəzi Amerikadan,Meksika-kolumbiya ərazisindən mütləq böyük vulkan püskürəcək.Amma bu ABŞ-ın nüvə sınağıdırsa vulkan olmayacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol