Menu

Piyadanı "xəstəxanalıq edib" qaçan avtomobil axtarılır

13.11.2017, 11:14
Piyadanı "xəstəxanalıq edib" qaçan avtomobil axtarılır

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 1971-ci il təvəllüdlü Əhmədov Xəqani Yusif oğlu yaşadığı küçədə yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı ağır kəllə-beyin zədəsi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol