“33 rayon və şəhər büdcəsinin formalaşmasını öz gəlirləri hesabına həyata keçirir. Bu əldə olunmuş ən böyük nailiyyətlərdəndir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı parlamentin vitse-spikeri, Insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var.
“Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”.
Qeyd edək ki, əgər Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları büdəcədən dotasiya almırdılarsa, indi onlara aşağıdakı rayon və şəhərlər də qoşulub:
Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları.


Şərhlər
Səxsi fikrimdir(Gecə yuxuda görmüşəm):Bu 33 rayondan 29-u nisbətdə siyasi baximdan fəal rayonlardir.(Yəni ... və Prez.seçkisi öncəsi bunu niyyətlərini kak moskirovka kimi 29-içinə soxublar)Özündən müştəbeh başbilənlərimiz üçün əla primankadir... Hay hayla gələn vay vay vayla gedər.(Yəni xəyanətlə gələnin (oxu-deputat)Dünbəyində bu möhür var ee
Mən Bahar deyəndə Gülər Əhmədova mütləq yadima düşür.YAP-ın 1 Qurultayinda eyni geyim və priçoskada olan bu"cüt bacılar" Siyasi Şuraya və İH-nə üzv olanda hətda Rəhbərə SŞ üzvü kimi hamidan öncə təqdim olunanda hami ŞOKA düşdü.Baharı o qədər də tanımasalar da .... hami biri birinə baxdı........