Menu

İdmançımız Bolqarıstandan 3 medalla qayıtdı

30.06.2014, 13:57
İdmançımız Bolqarıstandan 3 medalla qayıtdı

İyun ayının 23-dən 28-nə qədər Bolqarıstanın Varna şəhərində “Xalqlar dostluğu” kəməri uğrunda keçirilən hərbiləşdirilmiş idman növləri üzrə yarışmada idmançımız Pərviz Hüseynov qızıl medal qazanıb.

Beynəlxalq Kempo-Kobudo Federasiyasinin vitse-prezidenti 7-ci DAN qara kəmər sahibi Tarverdi Allahverdiyevin Axar.az-a verdiyi xəbərə görə, Heydər Əliyevin 91 illiyi illiyinə həsr olunmuş yarışda Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməkdaşı Pərviz Hüseynov 90 kq-dan çox çəkidə 3 idman növündə rinqə çıxaraq qalib gəlib.

Həmyerlimiz özünümüdafiə və düşməni tərkisilah etmə üzrə 1-ci yerə, irikumi-cuqodan və katadan isə 2-ci yerə layiq görülüb.

Qeyd edək ki, yarışa Azərbaycan döyüşçüləri ilə yanaşı Bolqarıstan, Polşa, Özbəkistan, Rusiya, Gürcüstan, Türkiyə və başqa ölkələrin idmançıları da qatılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol